Raul Architects
Amerika-Gedenkbibliothek | ZLB Berlin

Berlin, Almaniya

Amerika-Gedenkbibliothek | ZLB Berlin

Tarix
2018
Status
Tamamlanıb
Müştəri
Dövlət sifarşi
Sahə
60 000 m2
Lokasiya
Berlin, Almaniya

Təsvir

Yeni Dövlət Kitabxanası Berlində, Friedrichshain-Kreuzberg rayonunun Kreuzberg ərazisində yerləşir. Layihənin əsas məqsədi ünsiyyətə açıq, funksional və müasir kitabxana yaratmaq idi. Ətraflı aparılan analizlər nəticəsində kitabxananın ətraf mühitə uyğunlaşan forması müəyyən edilmişdir. Beləliklə, köhnə və yeni tikililərin arasında ictimai meydan formalaşır. Kitabxananın əsas girişi qərb tərəfdə yerləşir və bu, binanı daha dəvətkar və əlçatan edir. Konsepsiyada funksional zonalar bir-birindən sərt şəkildə ayrılmayıb. Bu yanaşma binada açıq və rahat atmosfer yaradır. Binaya daxil olduqda istifadəçi birbaşa infopointə, daha sonra isə əsas kommunikasiya zonasına keçir. Bu zona kafe və mağazalarla əhatə olunub. Ən böyük həcmdə mərkəzi media logistikası yerləşir. Yuxarı mərtəbələrdə isə oxu zalları, film fondu, incəsənət bölmələri və digər ictimai funksiyalar yerləşdirilib. Son mərtəbələr əsasən işçilər üçün ofis sahələri kimi nəzərdə tutulub.

WhatsApp