Raul Architects
HILL Tower

HILL Tower

Tarix
2025
Status
Tamamlanıb
Müştəri
Fərdi müştəri
Sahə
9200 m2
Lokasiya
Rotterdam, Niderland

Təsvir

HIL Tower şəffaflıq, yaşıllıq və şaquli yaşayışı birləşdirən minimalist və dinamik memarlıq konsepsiyasıdır. Şüşə curtain-wall fasad binaya yüngül görünüş qazandırır, təbii işığı maksimum artırır və şəhər panoraması ilə davamlı vizual əlaqə yaradır.

Müxtəlif səviyyələrdə yerləşən konsol terraslar fasada ritm və dinamika gətirir. Hər terras şaquli bağ prinsipi ilə yaşıllıqla inteqrasiya olunaraq mikroiqlimin yaxşılaşdırılmasına və sakinlər üçün özəl açıq məkanların yaradılmasına xidmət edir.

Binanın açıq və ictimai xarakterli bazası qüllənin şaquli dominantlığını balanslaşdırır. Nəticədə HIL Tower şəhər və təbiəti birləşdirən, yaşıl, funksional və insan yönümlü şaquli ekosistem kimi formalaşır.

WhatsApp