Raul Architects
Naxçıvan Çoxfunksiyalı Muzeylər Kompleksi

Naxçıvan, Azərbaycan

Naxçıvan Çoxfunksiyalı Muzeylər Kompleksi

Tarix
2022
Status
Tamamlanıb
Müştəri
Dövlət sifarşi
Sahə
8000 m2
Lokasiya
Naxçıvan, Azərbaycan

Təsvir

Kompleks tək bir çətir örtüyü altında birləşdirilmiş 5 müstəqil korpusdan (muzey bölməsindən) ibarətdir. Binanın ümumi kütləsi mərkəzdən xaricə doğru yarılaraq fraqmentlərə bölünmüş dinamik formaya (partlamış nar simvolikasına) malikdir. Bu kəsiklər yalnız estetik element deyil, binanın daxili strukturu ilə xarici mühit arasında əlaqə yaradan işıq dəhlizləridir.

Mərkəzi Piyada Küçəsi və Vizual Oxlar (View Corridors)

Kompleksin mərkəzi – böyük açıq atrium/bölüşdürücü plaza rolu oynayır. Bu mərkəzi nöqtədən kənar istiqamətlərə doğru açılan dəhlizlər dəqiq geo-loqrafik oxlar üzrə yönləndirilmişdir:

Ağrı Dağı Oxu: Mərkəzdən qərbə doğru uzanan kəsik panorama pəncərələri və kanyon tipli küçə vasitəsilə baxışı birbaşa Ağrı dağının əzəmətli siluetinə istiqamətləndirir. İlanlı Dağ Oxu: Şərq istiqamətindəki yarıq yarımaçıq piyada keçidi yaradaraq Naxçıvanın simvolu olan İlanlı dağın kəskin zirvəsini kadr çərçivəsinə salır. Simvolik Qüllə (Tower) Oxu: Mərkəzi plazanm şimal-şərq istiqaməti kompleksin tərkib hissəsi olan və ya yaxınlıqda ucalan simvolik qülləyə açılaraq vertikal dominant rolu oynayır.

Piyada Axını: Mərkəzi küçə kompleksə həm açıq havadan, həm də dam altından keçid imkanı verərək ziyarətçilərə təbiət, tarix və müasir memarlığın sintezini təqdim edir.

WhatsApp