
Zaqatala, Azərbaycan
Təsvir
Layihənin əsas ideyası müasir memarlığı təbii və rahat yaşayış mühiti ilə birləşdirməkdir. Həcm kompozisiyası iki əsas kütlənin şüşəli giriş və keçid zonası ilə birləşməsi üzərində qurulub. Kərpic, daş və ağac kimi təbii materiallar binaya isti və müasir xarakter verir. Geniş şüşələnmiş səthlər interyerlə bağ arasında vizual əlaqə yaradır.Dam həllində maili damlardan istifadə etməklə layihəyə regional və ənənəvi memarlıqdan gələn bir xarakter, böyük pəncərə səthləri ilə isə müasirlik vermişik. Landşaft həllində təbii yaşıllıq qorunaraq bina bağ ilə inteqrasiya olunub. Beləliklə, layihədə əsas ideya sadə həcm, təbii material və insanla təbiət arasında birbaşa əlaqə üzərində qurulub.
Nəticədə, biz həm funksional, həm komfortlu, həm də ətraf mühitlə harmoniyada olan müasir və sakit memarlıq məkanı yaratmışıq.
Kukilər
Saytın necə istifadə olunduğunu anlamaq üçün analitik kukilərdən istifadə etmək istəyirik. Yalnız razılığınızdan sonra aktivləşir.