
Naxçıvan, Azərbaycan
Təsvir
Layihənin əsas ideyası universitet, elm və sənayeni bir araya gətirən açıq və interaktiv innovasiya mühiti yaratmaqdır. Binanı vahid böyük həcm kimi deyil, bir neçə funksional blokun mərkəzi ictimai məkan ətrafında birləşməsi prinsipi ilə formalaşdırmışıq. Bu yanaşma həm insan miqyasını qoruyur, həm də gələcəkdə mərhələli inkişaf üçün imkan yaradır.
Layihənin mərkəzində yerləşən şəffaf atrium əsas sosial və kommunikasiya məkanıdır. Burada tələbələr, tədqiqatçılar və startap komandaları bir araya gəlir, sərgilər, təqdimatlar və müxtəlif innovasiya tədbirləri keçirilir. Funksional olaraq kompleksdə tədqiqat laboratoriyaları, tədris və seminar məkanları, startap inkubatorları, coworking zonaları və inzibati sahələr yerləşdirilmişdir. Memarlıq dilində şüşə, ağac və müasir konstruktiv elementlərin birlikdə istifadəsi texnologiya ilə təbiət arasında balans yaratmaq məqsədi daşıyır. Yaşıllıqla inteqrasiya olunmuş açıq məkanlar isə kampus mühitinin davamı kimi düşünülüb.
Beləliklə, layihə sadəcə bir bina deyil, ideyanın yarandığı, inkişaf etdiyi və real məhsula çevrildiyi universitet innovasiya ekosistemidir.
Kukilər
Saytın necə istifadə olunduğunu anlamaq üçün analitik kukilərdən istifadə etmək istəyirik. Yalnız razılığınızdan sonra aktivləşir.